Tacikistanın Kulob şəhərindən olan vəhhabilər hakimiyyətə müraciət ünvanlayıblar.
İnterpress.az xəbər verir ki, bu müraciət Tacikistan hakimiyyətinin rəsmi səviyyədə hicab, yəni “tacik mədəniyyətinə yad geyim” geyinməyə qadağa qoyduğunu elan etməsindən sonra edilib.
Artıq bir neçə ildir ki, Emoməli Rəhmonun başçılıq etdiyi Tacikistan hökuməti hər cür yolla öz ölkələrinin radikal islamçılarını sıxışdırıb çıxarmağa çalışır. Bu səbəbdən Tacikistanın yerli sakinləri başqa ölkələrdə terror aktları törədirlər.
İndi hicab qanununa görə 7-65 min somoni (650-6000 dollar) cərimə nəzərdə tutulur.
Tacikistan hakimiyyəti terrorçulara əyilməyəcək və onları öz ölkələrindən sıxışdırmağa davam edəcəyini bildirib.
Xuraman Etibarlı
İnterpress.az