Vəsiqəsiz sürücü şəhəri bir-birinə QATDI: Polis onu atəş açaraq SAXLADI – VİDEObackend

Vəsiqəsiz sürücü şəhəri bir-birinə QATDI: Polis onu atəş açaraq SAXLADI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Novqorodda atışma və təqiblə 18 yaşlı sürücü və dostları saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Novqorodda sürücülük vəsiqəsi olmayan 18 yaşlı gənc polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayaraq qaçmağa cəhd edib.

Şəhərdə dostlarını avtomobillə gəzdirən gənc sürücü təhlükəli manevrlər edərək polisdən yayınmağa çalışıb.

İnzibati qaydaları kobud şəkildə pozan sürücünü saxlamaq üçün hüquq-mühafizə orqanları təqibə başlayıb.

Təqib zamanı polislər tərəfindən xidməti silahdan istifadə edilərək havaya atəş açılıb və nəticədə avtomobil dayandırılıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Saxlanılan gənc sürücünün və dostlarının polis bölməsinə aparıldığı bildirilir. Faktla bağlı araşdırmalar davam etdirilir.

Gəncə qarşı həm sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etdiyi, həm də polisə tabe olmadığı üçün müvafiq inzibati protokollar tərtib edilib.

Xuraman Etibarlı

İnterpress.az