Moskvanın (Rusiya) Kuzminki parkında bayram atəşfəşanlığı faciəyə çevrilmək üzrə olub. Belə ki, toplardan biri yerdə, insanların kütləvi toplaşdıqları yerin yaxınlığında partlayıb.
İnterpress.az bildirir ki, bu barədə hadisənin şahidi Valeriya bildirib.
Onun sözlərinə görə, ümumiyyətlə, atəşfəşanlıq tamaşaçıların dayandığı park yerinə çox yaxın ərazidə həyata keçirilib. Sonuncu partlayış isə yerdə baş verib.
“Mən bir anda parıltı gördüm, fişənglər bizə tərəf uçurdu. Yanan hissələr düşməyə başladı, hamı qışqıraraq qaçdı. Közlər dayanacağın ucqar tərəfinə qədər uçdu. Möcüzəvi şəkildə xəsarətsiz ötüşdük”, – deyə o bildirib.
Valeriya əlavə edib ki, fişənglərin üstünə doğru hərəkət etdiyini görən bir qız qaçarkən ayağı burxulub. Polis əməkdaşı onu qucağında həkimlərə aparmalı olub.
“Polis bir qızı qucağında təcili yardıma apardı, o, ağlayırdı, amma deyilənə görə, qız qaçarkən ayağı burxulub. Başqa yaralanan görmədim. Bizi yarım saat parkinq ərazisində saxladılar, buraxmadılar. Soyuqdan donurduq. Təbii ki, hamı qorxurdu. Mənim gecə boyu əllərim titrəyib, yatmaq üçün sakitləşdirici qəbul etməli oldum. Yaxın gələcəkdə atəşfəşanlığı yalnız pəncərədən izləməyi planlaşdırıram”, – deyə o əlavə edib.