Xəstələrdən rüşvət alan baş həkim HƏBS EDİLDİbackend

Xəstələrdən rüşvət alan baş həkim HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Podmoskovyedə psixiatriya xəstəxanasının baş həkimi xəstələrdən “bac alarkən” tutulub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya istintaq orqanları məlumat yayıb.

İstintaqın versiyasına görə, Podmoskovyenin Xotkovo şəhərindəki 5 saylı Psixiatriya Xəstəxanasının baş həkimi Aleksey Novitski rəhbərlikdəki digər şəxslərlə əlbir olaraq xəstələrin müəssisədə saxlanılması üçün “bac yığırmış”.

Novitski ümumilikdə 650 min rubl (təxminən 15 260 manat) məbləğində rüşvət almaqda ittiham olunur.

Ona qarşı “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma” maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə baş həkim iyulun 7-dək həbs-qətimkan tədbiri seçilərək saxlanılıb.

Qeyd edək ki, 31 illik təcrübəyə malik ali dərəcəli həkim olan Aleksey Novitski müəssisənin sosial media hesablarında “komandanın qüruru” kimi təqdim olunurdu.

Hazırda rüşvət sxemində iştirak edən digər şəxslərin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az