Podmoskovyedə yanacaqdoldurma məntəqəsindən ianə qutusu oğurlayan iki nəfər saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Moskva vilayətində yanacaqdoldurma məntəqələrindən birində qeyri-adi oğurluq hadisəsi baş verib. İki nəfər şəxs məntəqədəki ianə qutusunu oğurlayaraq ərazidən uzaqlaşıblar.
İlkin araşdırma zamanı məlum olub ki, cinayətkarlar qutudakı pulu öz şəxsi ehtiyacları üçün xərcləyiblər.
Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hər iki şəxs saxlanılıb.
Qeyd edək ki, törətdikləri cinayətə görə onları 7 ilədək həbs cəzası gözləyir.
Hazırda saxlanılan şəxslərin digər cinayət hadisələrində iştirak edib-etmədiyi araşdırılır.
Xuraman Etibarlı
İnterpress.az






