Yaponiya Rusiyanı Kuril adalarının qanunsuz işğalında İTTİHAM ETDİbackend

Yaponiya Rusiyanı Kuril adalarının qanunsuz işğalında İTTİHAM ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya Rusiyanı Kuril adalarının cənub hissəsini qanunsuz işğal etməkdə ittiham edib.

İnterpress.az xəbər verir ki, bu barədə müvafiq məlumat Yaponiya Xarici İşlər Nazirliyinin “Mavi kitab” adlı diplomatiyaya dair illik hesabatında yer alıb.

Yaponiya yenidən Rusiyanı Kuril adalarının bir hissəsini qanunsuz işğal etməkdə ittiham edib.

“Şimal əraziləri Yaponiyanın suverenlik hüququna malik olduğu adalardır və onlar Yaponiyanın tarixi ərazisidir, lakin hazırda Rusiya tərəfindən qeyri-qanuni işğal olunub”, – sənəddə deyilir.

Eyni zamanda Yaponiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Tokio hələ də Rusiya Federasiyası ilə sülh müqaviləsi bağlamağa və şimal əraziləri ilə bağlı problemləri həll etməyə meyllidir.

Sənəddə departament vurğulayır ki, Yaponiya tərəfi üçün prioritet məsələ Kuril adalarının cənub hissəsi ilə humanitar mübadilənin bərpasıdır. Xüsusilə, bu ərazidə yerləşən əcdadların məzarlarını ziyarət etmək Yaponiya hökuməti üçün vacibdir.

Həmin hesabatda Yaponiya tərəfi Rusiya Federasiyasında neft və qaz hasilatı layihələrində iştirak payını saxlamaq istəyini ifadə edib.

Tokio bunu öz enerji təhlükəsizliyi üçün vacib hesab edir. Bununla belə, sənəddə ölkənin neft və kömür də daxil olmaqla Rusiyanın enerji resurslarından tədricən imtinaya doğru kursunu davam etdirəcəyi də bildirilir.

Xuraman Etibarlı

İnterpress.az