“Yelo Bank” “card to card” köçürmələrini məhdudlaşdırır – Limit təyin edildibackend

“Yelo Bank” “card to card” köçürmələrini məhdudlaşdırır – Limit təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yelo Bank” kartdan karta köçürmələrə (card to card) məhdudiyyət tətbiq etməyə başlayır.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, həm “Yelo Light”, həm “Premium”, həm də “Infinite” kart sahibləri ay ərzində kartdan-karta 3 min manatdan artıq pulsuz köçürmə edə bilməyəcəklər.

Eyni limit Yelo ATM-lərindən komissiyasız nağdlaşdırmaya da şamil edilir. “Card to card” limitləri aprel ayının 8-dən etibarən tətbiq ediləcək.

Qeyd edək ki, bir qədər əvvəl, yəni bu ilin mart ayında “Azər Türk Bank” da “card to card ” əməliyyatlarına məhdudiyyət tətbiq etməyə başlayıb. ATB “card to card” üzrə günlük 15 dəfə, ay ərzində isə 60 əməliyyat limiti müəyyən edib.

Xatırladaq ki, “Yelo Bank”ın əsası 1994-cü ildə qoyulub. Onun nizamnamə kapitalı 378 milyon manatdır. Bankın səhmlərinin 98,94%-i Marina Kulişovaya (Bankın Müşahidə Şurasının sədri), 0,96%-i Anar Həsənova (İdarə Heyətinin sədri), 0,10%-i isə “İSR Holdinq” MMC-yə məxsusdur.