Yəmən husiləri ABŞ və İsrail “casuslarını” HƏBS ETDİ – FOTObackend

Yəmən husiləri ABŞ və İsrail “casuslarını” HƏBS ETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəmən husiləri ABŞ və İsrail “casuslarını” həbs edib.

İnterpress.az xəbər verir ki, bu barədə Yəmənin “Səba” xəbər agentliyi məlumat yayıb.

Yəmənin təhlükəsizlik xidmətləri Yəmənin qərb sahili bölgəsində ABŞ və İsrailə kəşfiyyat məlumatı verən “casusları” müəyyən edib həbs etdiklərini bildirib.

Onların husilərin pilotsuz uçan aparatları və raket buraxılış yerləri haqqında məlumatı Qırmızı dəniz və Ədən körfəzindəki gəmilərə ötürdükləri bildirilir.

Xuraman Etibarlı

İnterpress.az