Yeni “Volqa”lar “Changan” avtomobillərinin SURƏTİ ÇIXDI – FOTObackend

Yeni “Volqa”lar “Changan” avtomobillərinin SURƏTİ ÇIXDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın yeni “Volqa” avtomobilləri Çinin “Changan” avtomobillərinin tam surəti olduğu ortaya çıxıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Rusiyanın yeni “Volqa” avtomobilləri Çinin “Changan” şirkətinin modeli olduğu ortaya çıxıb, ancaq onun ön hissəsi dəyişdirilib və QAZ zavodunun ad lövhələri əlavə edilib.

K30 krossoveri – Changan Oshan X5 Plus, Volga C40 sedanı – Changan Raeton Plus, K40 krossoveri – Changan UNI-Z-dir.

Avtomobil eksperti Maksim Kadakov deyir ki, K30-un qiyməti 2,5 milyondan 3 milyon rubla, C40-ın qiyməti təxminən 2,5 milyon rubla, K40-ın qiyməti isə 3 milyondan 3,5 milyona qədər olacaq.

Xuraman Etibarlı

İnterpress.az