Yer kürəsində maqnit sahəsində pozulma başlayıb. Buna mayın 29-da Günəşin tac kütləsinin püskürməsi səbəb olub.
İnterpress.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika xidməti məlumat yayıb.
Maqnit sahəsinin pozulma dərəcəsi hələ G1 (zəif) səviyyəsinə yüksəlməyib.
Alimlərin fikrincə, 31 may – 1 iyun tarixlərində G3 səviyyəsinə (güclü) qədər yüksələ biləcək maqnit qasırğası gözlənilir.