Zimbabve devalvasiyaya uğramış valyutanı əvəz etmək üçün yeni valyuta təqdim edir
İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Agentlik bildirir ki, yerli Mərkəzi Bank yeni valyutanın (ZiG) – əskinas və sikkələr şəklində Zimbabve qızılının dövriyyəyə buraxıldığını elan edib.
Yeni valyuta xarici valyuta və qiymətli metal ehtiyatları ilə dəstəklənəcək və məzənnə bir ABŞ dolları üçün 13,5 Zimbabve qızılı olacaq.
Əvvəllər ölkə Zimbabve dollarından istifadə edirdi, lakin böyük inflyasiya səbəbindən cəmi bir ABŞ dolları 22,5 minə verilirdi.
Xuraman Etibarlı
İnterpress.az