Ötən il Bakıda 15 056 nikah, 4772 boşanma halı qeydə alınıbbackend

Ötən il Bakıda 15 056 nikah, 4772 boşanma halı qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Statistika Komitəsindən bildirilib ki, şəhər üzrə, ümumilikdə, 13 117 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,8 təşkil edib.

2018-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15 056 nikah və 4772 boşanma halı qeydə alınıb. Eyni zamanda, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,6, boşanmaların sayı isə 2,1 olub.

Keçən il Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Miqrasiya Xidmətinin (DMX) müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Bakı şəhərinə 3367 nəfər gələn, paytaxtdan isə 5032 nəfər gedən qeydə alınıb.

İnterPress.az