İdarədən verilən məlumata görə, Sabunçu rayon sakini Nuranə Həsənova fevralın 10-da 12-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, 7-ci sinif şagirdi olan oğlu Orxan Həsənov təhsil aldığı 90 saylı orta məktəbdə bədən tərbiyəsi müəllimi Emil Cəbrayılov tərəfindən döyülüb.
Polisdən vətəndaşın ərizəsi ilə bağlı araşdırma aparıldığı bildirilib.