Bakıda sexdə yanğın olubbackend

Bakıda sexdə yanğın olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 2000 kv.m olan mebel istehsalı sexində baş verib.

Nəticədə sexin içərisində 1500 kv.m sahədə yumşaq mebel üçün istifadə olunan materiallar yanıb və yüksək temperaturdan sexin dəmir konstruksiyalardan ibarət dam örtüyü deformasiyaya uğrayıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

İnterpress.az