Piyadanı maşın vurdubackend

Piyadanı maşın vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə fevralın 14-də saat 20 radələrində şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Xəqani İsgəndərov idarə etdiyi “Volksvagen Toureq“ markalı avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən təxminən 40-45 yaşlar arasında olan kişini vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Ölən şəxsin kimliyi hələ ki, məlum deyil.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

İnterpress.az