İraq ordusu Əl Bağdadi şəhərini İŞİD silahlılarından azad edibbackend

İraq ordusu Əl Bağdadi şəhərini İŞİD silahlılarından azad edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İranın Press TV telekanalı xəbər yayıb.

Qeyd edək ki, ölkənin qərbindəki Anbar vilayətində yerləşən Əl Bağdadi şəhəri fevralın 12-də terrorçuların nəzarətinə keçib.

“Şəhər təhlükəsizlik qüvvələri, ordu və könüllülər dəstələrinin birgə əməliyyatı nəticəsində azad olunub. Xeyli terrorçu məhv edilib”, deyə Anbar qubernatorunun müavini Əziz Xəlif ət Tərmuz bildirib.

Əməliyyat bu gün səhər saatlarında terrorçuların “Ayn Əl Əsəd” aviasiya bazasına hücum cəhdindən sonra başlayıb.

Qeyd edək ki bu bazada 300 ABŞ dəniz piyadalı iraqlı hərbçilərə təlim keçir.

İnterpress.az