Danimarkada terror xofu…backend

Danimarkada terror xofu…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müvafiq qərar ötən gün axşam saatlarında Kopenhagendə törədilmiş silahlı hücumdan sonra verilib.

Qeyd edək ki, Danimarkanın paytaxtı Kopenhagendə kafedə atışma zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb. hücum baş verən an kafedə din və söz azadlığı mövzusunda tədbir keçirilib. Yaralananların polis əməkdaşları olduğu bildirilir. Silahlılar kafeni gülləbaran etdikdən sonra hadisə yerini avtomobildə tərk ediblər.

Qeyd edək ki, tədbirdə Məhəmməd peyğəmbərin karikaturalarının müəllifi İsveç rəssamı Lars Vilks və Fransanın Danimarkadakı səfiri də iştirak edib. Hücum nəticəsində onlar xəsarət almayıb.

Polisin məlumatına görə, hücum zamanı silahlılar kafeyə 40-dan çox atəş açıblar.

Polis hücumu terror aktı adlandırıb. İlkin versiyaya görə, hücum rəssam Lars Vilksə sui-qəsd törətmək məqsədi ilə həyata keçirilib.

İnterpress.az