“Abşeron”dakı qanlı hesablaşmanın pərdəarxasıbackend

“Abşeron”dakı qanlı hesablaşmanın pərdəarxası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, qarşıdurmanın əsası 2014-cü ikin payızında qoyulub. Həmin vaxt bir neçə azərbaycanlı Moskvada avtosalondan 4 maşın alıb. Pul ödənib, ancaq maşınları təhvil vermək üçün salon sahibi 30 faiz komissiya haqqı istəyib. Sonucda pul qaytarılmayıb və maşınlar təhvil verilməyib. Alıcılardan biri qohumu olan Lotu Quliyə müraciət edib. Lotu Qulinin adamları salonun himayədarının Ruslan Qardabanski olduğunu müəyyən edib. Ruslan kömək üçün inquş Əhmədə müraciət edib. Onlar həbsxanada Lotu Quli ilə telefon əlaqəsi yaradıb və söhbət zamanı onu təhqir ediblər. Bundan sonra hər iki şəxsin cəzalandırılması barədə qərar verilib. Ruslan Qardabanskiyə sui-qəsd edilib və ona 4 güllə vurulub. Əhməd isə özünü güllədən qoruyub. Hesablaşma isə başa çatmayıb. Qardabanskinin müdafiəsinə Rövşən Lənkəranski qoşulub. Nəhayət tərəflər fevralın 10-da məsələni Abşeron restoranında müzakirə etmək qərarına gəliblər. Söhbət qanla nəticələnib və 2 nəfər öldürülüb.

İnterpress.az