İnterpress.az BBC-yə istinadən xəbər verir ki, \”Taksi\” 2010-cu ildə kino çəkilişlərinə rəsmi olaraq qadağa aldıqdan sonra Cəfər Pənahinin sayca üçüncü filmidir.
Pənahi Berlin festivalına gələ bilmədiyindən mükafatı onun əvəzindən Pənahinin kiçik yaşlı qız qohumu Hana Səidi qəbul edib.
Filmdə çəkilmiş qız usağı mükafatı alarkən mərasimə toplaşanlar qarşısında göz yaşıları içində \”həddindən artıq duyğulandığını\” bildirib.
\”Taksi\” filmində Cəfər Pənahi sarı taksi sürərkən müasir Tehran barədə fikirlərilə bölüşür.
Film maşının qabağdakı cihaz lövhəsinə quraşdırılmış kamera vasitəsilə lentə alınıb.
Rejissor bu üsuldan rəsmilərin diqqətini cəlb etməmək üçün istifadə edib.
Berlin festivalında əsas mükafat uğrunda yarış 19 film arasında aparılıb.
Berlin festivalının münsiflər heyətinə ABŞ kinorejisoru Darren Aronofsky başçılıq edib
\”Pənahinin filmi sənətinə, həmvətənlərinə, ölkəsinə və tamaşaçılara sevgilə doludur\”, Darren Aronofsky festivalın mükafatları paylandıqdan sonra bildirib.
İnterpress.az