“Nutella” şokolad pastasının yaradıcısı Michele Ferrero vəfat edibbackend

“Nutella” şokolad pastasının yaradıcısı Michele Ferrero vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O, İtaliyanın ən varlı adamı sayılırdı.

Forbes jurnalı Michele Ferreronun varidatının 23 milyard dollar həcmində olduğunu bildirib.

Ferrero Group şirkəti Ferrero Rocher, Nutella, Kinder və Tic-Tac brendləırinin sahibidir.

Michele Ferrero atası Pietro Ferrero tərəfindən yaradılmış Ferrero şirkətinə 1957-ci ildə rəhbərlik edib.

Hazırda Ferrero Group şirkətinə Mikelenin kiçik oğlu Ferrero Giovanni rəhbərlik edir.

Mikelenin atası Pietro Ferrero II Dünya Müharibəsinin sonunda şokolad və fınıq qarışığı əsasında hazırlanmış şirin desert buraxmaq qərarına gəlir.

Əvvəlcə həmin desert həddindən artıq qatı olubmuş, beləki onu bıçaqla kəsmək lazım gəlib.

Lakin bir müddətdən sonra Pietro Ferrero həmin deserti pasta yumşağlığında istehsal etmək fikrinə gəlib, nəticədə nutellanı çörəyə yaxmaq mümkün olub.

Şirkətin rəhbəri vəzifəsində atasını 1957-ci ildə əvəzləyən Michele həmin pastanı 1964-cü ildən başlayaraq \”Nutella\” adı altında buraxmağa başlayır.

\”Nutella\” şokolad pastası bütün dünyada məşurlaşır.

1967-ci ildə şirkətin Qərbi Almaniyadakı filialı \”Kinder\” adlı şokololad məhsullarının istehsalına başlayır – bir müddətdən sonra \”Kinderlər\” də bütün dünyada rəğbət qazanır.

Şirkətin \”Ferrero Rocher\”, \”Raffaello\” və \”Mon Cheri\” konfetləri, \”Tic-Tac\” noğulları, və digər şirniyyat məhsulu da dünyada olduğca populyardı.

İnterpress.az