İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, həmin şəxs Ömər Həmid əl-Hüseynidir.
Onun 22 yaşının olduğu və Danimarkada böyüdüyü təxmin edilir. O, 2 həftə əvvəl həbsxanadan çıxıb. 2 il həbs çəkən Ömər Həmid metroda əhaliyə bıçaqla hücum etdiyinə görə məhkum edilmişdi.
Polis tərəfindən zərərsizləşdirilən terroçu əvvəlcə kafeyə, daha sonra isə sineqoqa hücum edib. Onun üzərindən 2 tapança tapılıb.
Evində axtarış aparılan zaman isə çox sayda avtomat silah tapılıb.
İnterpress.az