İnterpress.az xəbər verir ki, baş nazir “Biz demək olar qışı başa vurmuşuq. Bir çoxları ümid edirdi ki, biz bunu keçə bilməyəcəyik. Mən demişdim ki, isti olmayacaq, amma donmayacağıq da. Həm isti oldu, həm də donmadıq ki” deyə vurğulayıb.
Baş nazirin sözlərinə görə, 2013-cü ildə Ukrayna ehtiyacı olan qazın 95%-ni Rusiyadan alıb. 2014-cü ildə isə 33%-i Rusiyadan təmin edilib: “Önümüzdəki illərdə bu faizi sıfıra endirməyi düşünürük”.
Yatsenyuk bildirib ki, bunun üçün Ukrayana öz neft və qaz hasilatını artırmaq, enerji sektorunda islahatlar aparmalıdır. Bununla yanaşı əhalidən qazın pulunu tam almaq lazımdır: “Yaxın iki il ərzində tədricən qazın real qiymətinə keçmək lazımdır. Bu, təkcə qiymətlərin qaldırılması yox, həm də yeni subsidiya siyasətinə keçməkdir”.
Xatırladaq ki, ötən iln sentyabrında “Vodyanı-Ujqorod” qaz kəməri açılıb. Bu da Avropadan nəzarət rejimindən qazın idxalına imkan verib. Qaz Polşa, Macarıstan və Slovakiyadan gəlir. 2014-cü ildə Ukrayna Avropadan idxal etdiyi karbohidrogenlərlə 5 milyard dollar qənaət edə bilib.
İnterpress.az