İnterpress.az xəbər verir ki, müxalif “Həmrəylik” Hərəkatının nümayəndəsi Sergey Davidis ərizədə 100 min adamın iştirak edəcəyini bildirib. Aksiya çərçivəsində mitinq planlaşdırılmır.
Paytxat merisyası bu informasiyanı təsdiqləyib: “Biz martın 1-də aksiya keçirilməsi üçün 6 ərizə qəbul etmişik və onlara qanunvericilik çərçivəsində baxılır”.
Rusiyanın İTAR-TASS agentliyinin məlumatına görə, martın 1-də Moskvada aksiya keçirmək üçün Kommunist Partiyası da ərizə verib.
Qeyd edək ki, fevralın 2-də müxalifət Moskva meriyasına aksiya keçirmək barədə məktub göndərib. Ərizəyə Aleksey Navalnıy, Aleksandr Rıklin, Boris Nemtsov və Mixail Kasyaniv, həmçinin YUKOS-un keçmiş rəhbəri Mixail Xadarkovskiy imza atıb. Müxaliflər gözlənlən aksiyanı “Bahar” Antiböhran Marşı adlandırıblar. Fevralın 15-də Aleksey Navalnıy və yoldaşı Nikolay Lyaskin Moskva metrolarında 1 mart aksiyasıyla bağlı vərəqlər paylayarkən saxlanılıb.
İnterpress.az