“Aİ-nin sanksiyaları sağlam düşüncə tərzinə ziddir”backend

“Aİ-nin sanksiyaları sağlam düşüncə tərzinə ziddir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirliyin şərhində Aİ-nin ukrayna münaqişəsinin dərinləşməsinin səbələrini təhlil etmədiyini və \”təzədən Kiyevidəki \’müharibə partiyasının\’ çaldığı havaya oynamağı\” üstün tutduğunu qeyd edib.

\”Aİ ölkələri liderlərinin də iştirak etdiyi 12 fevral Minsk görüşündə əldə edilmiş razılıqdan sonra bu cür qərarın cəfəngliyi xüsusilə nıəzərə çarpır\”, şərhdə deyilir.
Bazar ertəsi Avropa İttifaqı (Aİ) Ukrayna böhranına görə Rusiyaya qarşı sanksiyaları genişləndirərək, \”qara siayhıya\” əlavə olaraq 19 fiziki və 9 hüquqi şəxsin adını daxil edib.

Sanksiya siyahısına daxil edilənlərin adı Aİ-nin rəsmi məcmuəsində dərc edilib

Siyahıya o cümlədən Rusiya Müdafiə Nazirliyinin üç nümayəndəsi də daxil edilib – nazir müavini Anatoli Antonov, birinci müavin Arkadi Baxin və Baş qərargah rəisi Andrey Kartapolov.

\”Qara siyahıya\” adı düşənlər arasında populyar müğənni və Dövlət Dumasının deputatı İosif Kobzonun da adı var.

Sanksiayaya eləcə də Ukraynanın şərqində özünü birtərəfli qaydada elan edən tanınmamış respublikaların və \”Novorossiya\” ictimai hərəkatının nümayəndələri məruz qalıb.

\”Qara siyahı\”ya adı düşən şəxslərə Aİ-ə gediş-gəliş qadağan olunmaqla yanaşı onların Aİ-da aktivləri də dondurulub.

İosif Kobzon deyib ki, Aİ qərarına münasibət bildirərək \”qara siyahıya\” düşməsindən \”sevinc hissi keçirdiyini\” deyib.

Ötən həftə Almaniya kansleri Angela Merkel bildirbmişdi ki, Minsk razılaşmaları yerinə yetirlməyəcəyi halda, Rusiyaya qarşı digər sanksiayalar da işə düşə bilər.
Avropa Komisyasnın vise-prezidenti Maroş Şefçoviç iqtisadi sanksiyaların hazırda Rusiyaya yeganə təsir vasitəsi olduğunu qeyd edib.

\”Biz Rusiyanın Ukraynada münaqişəni diunc yolla həlli üçün səmimi olaraq əlindən gələni etdiyinə əmin olanda, sanksiyaları yumşaltmağa və ya tamamilə ləğv etilməyə hazırıq\”, Maroş Şefçoviç deyib.

İnterpress.az