Ukraynadan Bakıya gələn gənc qızın faciəsibackend

Ukraynadan Bakıya gələn gənc qızın faciəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin İnterpress.az-a verdiyi məlumata görə qız dəm qazının qurbanı olub.

Hadisə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 17/16 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən evə Ukraynadan qonaq gəlmiş 1995-ci il təvəllüdlü Alekseyevna Karina Aleksandrovnanın meyiti tapılıb. Meyit evin hamam otağında aşkarlanıb. Araşdırmalar zamanı qızın dəm qazından öldüyü müəyyən olub.

Qeyd edək ki, ötən gün ərzində paytaxtda 7 nəfər dəm qazından zəhərlənib. Faktla bağlı araşdırma aparılır.

İnterpress.az