Bakıda beşinci muğam televiziya müsabiqəsi başlayıbbackend

Bakıda beşinci muğam televiziya müsabiqəsi başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Heydər Əliyev Fondundan verilən məlumata görə, bu gündən etibarən müsabiqəyə qatılmış ifaçıların çıxışları həftənin bazar ertəsi və cümə günləri Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalında birbaşa yayımlanacaq. Ənənəvi olaraq builki müsabiqədə də 20 gənc yarışır.

Gənc ifaçıların çıxışlarını qiymətləndirəcək münsiflər heyətinin tərkibinə Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Ramiz Quliyev, Əməkdar İncəsənət xadimləri Sərdar Fərəcov və Nadir Axundov daxildirlər.

Müsabiqənin ilk günü münsiflər heyəti iştirakçılardan Novruz Hüseynov, Səriyyə Pirimova, Miryusif Mirizadə, Ülviyyə Məmmədzadə, Şahmar Hacıyev, Nisbət Sərdayeva, Türkay Məlikova, Misir Məmmədov, Sədəf Budaqova və Maşallah Mirzəliyevin ifasında xalq mahnılarını dinləyərək qiymətləndiriblər.

Digər 10 iştirakçı cümə günü çıxış edəcək. Həmin gün münsiflər heyəti tərəfindən verilən ballar toplanacaq və ən az səs yığmış iştirakçı müsabiqəni tərk edəcək.

İnterpress.az