İnterpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yeraltı təkanların episentri İvate prefekturası yaxınlığında, ocağı isə 10 km dərinlikdə yerləşib.
Ölkənin meteorologiya idarəsi sunami təhlükəsi elan edib, sahilboyu zonada yaşayanlara evlərini tərk etmək tövsiyə olunub. Zəlzələ Honsü adasının bütün prefekturalarında və Hokkaydo adasında hiss olunub. Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.
İnterpress.az