İnterpress.az xəbər verir ki, hadisə Qərbi Virciniya ştatında olub.
“NYDaily” nəşrinin məlumatına görə, bir neçə sistern ştatın inzibati mərkəzi Çarlston şəhərinin cənub şərqindəki Kanova çayına düşüb. Yanan çəlləklərdən biri yaşayış binalarından birinin üstünə aşıb.
Yerli adminstrasiyadan bildirilir ki, aşmış vaqonlardan çaya neft axır. Yaxın ərazidən əhali evakuasiya edilib.
İnterpress.az