Bunu İnterpress.az-a “Təmiz dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilata son 5 il ərzində təcavüzlə bağlı 18 müraciət daxil olub: “Ancaq müraciətlər əsasən hadisədən uzun zaman keçdikdən sonra edilir ki, bu da araşdırmanı və günahkarların cəzalandırılmasını mümkünsüz edir”.
Mehriban Zeynalova bildirib ki, müraciət edənlər arasında 18-30 yaş qrupunda olan qadınlar üstünlük təşkil edib: “Ancaq aralarında 14 və 16 yaşlı azyaşlılar da olub”.
Təcavüz hadisəsi əsasən tanışlar və ya yad adamlar tərəfindən törədilsə də, xalaoğlu və əmioğlu kimi yaxın qohumları tərəfindən təcavüzə uğrayan gənc qızlar da olub: “5 hadisə öz yaxın qohumu tərəfindən zorlanma ilə bağlı olub”.
Elnarə
İnterpress.az