Şimal-qərb küləyi əsəcək, gecə və səhər güclənəcək, axşam mülayimləşəcək.
Havanın temperaturu gecə 0-2, gündüz 2-4 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin fasilərlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
İnterpress.az