“Ukrayna qələbə gününü Avropayla qeyd etsin” – TƏKLİFbackend

“Ukrayna qələbə gününü Avropayla qeyd etsin” – TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu “Maydan-xarici işlər” humanitar fondunun rəsmisi Boqdan Yeremenko özünün bloqunda yazıb: “İndi bir çox ukraynalı üçün aydındır ki, Putin Rusiyası qələbənin 70 illik yubileyini öz marağı çərçivəsində qeyd etməyə çalışır. Onlar bununla Rusiya-Avropa qarşıdurmasına haqq qazandırmaq istəyirlər. Üstəlik Ukrayna tarixini də saxtalaşdıraraq guya “iki qardaş ölkə”nin talelərinin bir olması barədə mif yaradırlar. Bununla da Ukrayna ictimiayyəti Rusiyanın Krımı anneksiya etməsi və təcavüzü nəticəsində bildi ki, Rusiyanın qələbədə SSRİ-nin varisi kimi çıxış etməyə haqqı yoxdur”.

Yeremenko qeyd edib ki, antihitler koalisiya ölkələrinin əksəriyyəti qələbə gününü mayın 8-i qeyd edəcək: “Yeni Ukrayna qələbə gününü mayın 8-də keçirən ölkələrə qoşulmalıdır. Bununla da qələbədə digərlərinin də rolunun az olmadığını vurğulamaq lazımdır”.

İnterpress.az