Hadisə axşam saatlarında Salyan şəhərinin 20 yanvar küçəsində dəmiryol stansiyası xəttinin yaxınlığında baş verib.
Belə ki, həmin ərazidə yerləşən ümumi sahəsi 275 kvadratmetr olan köhnə yeməkxana binası anidən alovlanıb.
Məlumat daxil olan kimi hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə Hissəsi tərəfindən 2 yanğınsöndürən maşın göndərilib. Yanğınsöndürənlər qısa müddətdə yanğını söndürüblər.
Buna baxmayaraq bina içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb.
Hadisə yerinə baxış keçirilən zaman, Salyan şəhər sakini, 83 yaşlı İbrahim Soltan oğlu Hüseynovun meyiti yanmış halda aşkar edilib.
İlkin məluata görə, görmə və eşitmə qabiliyyəti olmayan, o cümlədən ruhi xəstə olan İbrahim Hüseynov 5 il imiş ki, sovetlər dönəmində yeməkxana kimi istifadə edilən binanın bir otağında tək yaşayırmış.
Yaxınlıqdakı adamlar ona kömək edirmiş. Yanğının elektrik qısaqapanmasından yarandığı ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır. ( anspress.com )
İnterpress.az