\”İndiyə qədər həmkarlarımın heç biri anlaya bilməyib ki, Yunanıstan nə istəyir… Yunanıstan özü bunu bilirmi, bu da aydın deyil\”, o əlavə edib.
Bazar ertəsi Yunanıstan 240 milyard avroluq (214 milyard AZN) yardım proqramını davam etdirmək planını qəbul etmədi.
Yunanıstan hökuməti Avropanın təklifini \”absurd\” və \”qəbuledilməz\” adlandırmışdı.
Amma Yunanıstanın maliyyə naziri Yanis Varoufakis bəyan etmişdi ki, Yunanıstana yardım paketi barədə razılıq əldə etmək üçün \”lazım gələni etməyə\” hazırdır.
Yeni Afina höküməti əvvəlki şərtlərin yerinə yetirilməsindən tam imtina etmək və yeni maliyyə sisteminin qurulması üçün yardım istəyir.
Onlar sələflərini ölkəni ağır büdcə rejiminə salmaqda ittiham edir.
İnterpress.az