Yarışmada iştirakını davam etdirən yeganə azərbaycanlı müğənni Elnur Hüseynov yarımfinalda çıxış edib. Həmyerlimiz bu mərhələdə ölməz sənətkar Rəşid Behbudovun “Sənə də qalmaz” (“Yalqızam”) mahnısını səsləndirib.
İlk səsvermədə 6-lığa daxil olan həmyerlimiz və digər ifaçılar növbəti dəfə çıxışlarını ediblər. Son olaraq, 4-lükdə də yer alan Elnur finala vəsiqə qazanıb.
Münsiflər də onun çıxışını bəyəniblər və Elnur müsabiqənin yekun mərhələsinə – finala keçib.
İnterpress.az