İnterpress.az xəbər verir ki, bu bar müqəddəs Valentin günündə (14 fevral) ən romantik və ən bahalı Marqarita kokteylini hazırlayıb. Kokteylin tərkibində “Patrón Platinum” tekilası, “Marnier Centenaire” likörü, təzə sıxılmış layma və orqanik aqava nektarı olub.
Bəzək kimi layma dilimi və məhşur dizayner David Zoltanov tərəfindən hazırlanan 3,75 karatlıq briliantı olan sırğadan istifadə olunub. Kokteylin qiyməti 30 min dollar olub. Bu kokteyl barda ancaq bir gün, ancaq fevralın 14-də olub.
İnterpress.az