Azərbaycanlı milyarderə qarşı cinayət işibackend

Azərbaycanlı milyarderə qarşı cinayət işi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cinayət işi Ukrayna Hüquq-mühafizə orqanları tərəfindən qaldırılıb.

Rəsmi məlumatda bildirilir ki, 2000-ci ildə “Oriana” neft-kimya kompleksinin ziyanla işləyib Bu səbəbdən dövlət müəssisəninin fəaliyyətinin yaxşılaşdırılması üçün özəl investor cəlb etməyə qərar verilib. Buna görə “Lukoil-Neftxim” ilə “Oriana” müəssisəsi arasında “Lukor” şirkəti yaradılıb.

Şirkətlərin birləşməsi zamanı Rusiya şirkəti biznesdə iştirak etmək üçün 100 milyon dollar dəyərində vəsait ödəyib. Lakin Rusiya şirkətinin qiymətli kağızlarının real dəyəri 27 milyon olub. Bununla da Ukrayna hökumətinə böyük ziyan vurulub.

Ukrayna hüquq-mühafizə orqanlarından bildirilib ki, Vahid Ələkbərovun şirkəti “Oriana” müəssisəsinin modernləşmə üçün götürdüyü 170 milyon avro krediti də ödəməyib.

“Öhdəlik yerinə yetirilməyib, Avropa banklarından birindən götürülən kredit isə tamamilə dövlət büdcəsindən ödənilib”, – deyə ittihamnamədə bildirilib.

Hələ ki, Lukoil-un mətbuat xidməti məsələ ilə bağlı hər hansı bir şərh vermir.

İnterpress.az