İnterpress.az xəbər verir ki, peşəkar arxeoloqların fikrincə, qızıl pullar orta əsr gəmiləri barədə sensasiyalı tapıntı sayılır.
Dalğıclar klubunun 5 üzvü qədim Keysari şəhərinin qalıqları arasında gəzərkən qarşılarına qızıl pul çıxıb. Bir az da araşdırdıqdan sonra daha 2 mindən çox qızıl sikkə tapılıb.
Pullar 9-11-ci əsrlərə aiddir və Misirdəki Fatimilər dövlətində zərb olunub. Arxeoloqlar tapıntılar barədə bir neçə versiya irəli sürürlər. Bir iddiaya görə, vergini yığaraq Qahirəyə qayıdan gəmi qəzaya uğrayıb. Digər versiyaya görə, pullar Keysarideki Fatimilər qarnizonunun əsgərləri üçün nəzərdə tutulmuş puldur. Daha bir versiyaya görə bu ticarət gəmisinin pulu olub.
İnterpress.az