İGİB İstanbulda “Xocalıya Ədalət” həftəsi keçirəcəkbackend

İGİB İstanbulda “Xocalıya Ədalət” həftəsi keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə məlumat verən birliyin sədri Fərid Şahbazlı deyib ki, həftəlik çərçivəsində Türkiyənin bir sıra universitetlərində bu ölkənin tanınmış elm adamlarının, ictimai-siyasi xadimlərinin iştirakı ilə konfranslar, mərkəzi yerlərində təbliğat aksiyaları baş tutacaq: “Bununla yanaşı Türkiyənin nüfuzlu TV və mətbu orqanlarında Xocalı ilə bağlı çıxışlar ediləcək. Baş tutacaq konfranslarda “İslahatçı Gənclər” İctimai Birliyinin dəvəti ilə Xocalı faciəsinin dəhşətlərini yaşayan insanlar da qatılacaq”.

İstanbul Türk Ocağı Gənclik Qolları başqanı Mustafa Oğuz Yavaşça qeyd edib ki, onlar Xocalıda qardaş Azərbaycan xalqının başına gətirilən faciəni kəskin şəkildə pisləyir və bu cinayətin türk gəncliyinə daha dəqiq və geniş formada çatdırılması üçün əllərindən gələni edirlər: “Qardaş Azərbaycanın dərdi bizim də dərdimizdir. Artıq üçüncü ildir ki, Xocalı həqiqətlərinin Türkiyə ictimaiyyətinə, dolayısı da dünya birliyinə çatdırılması üçün İstanbulda Azərbaycandakı tərəfdaşımız olan “İslahatçı Gənclər” İctimai Birliyi ilə birgə “Xocalıya Ədalət” həftəsi gerçəkləşdiririk. Xocalı soyqrımının dəhşətlərinin Türkiyədə daha da çox təbliğinə ehtiyac var”.

İstanbulda keçiriləcək “Xocalıya Ədalət” həftəsinə Azərbaycandan millət vəkilləri, QHT sədrləri, sənətçilər, Xocalı faciəsinin dəhşətlərini yaşayan insanlar da qatılacaq.

İnterpress.az