Aytən Əliyeva İnterpress.az əməkdaşı ilə söhbətində rəsmən boşandığı həyat yoldaşı, təqaüddə olan polis əməkdaşı tərəfindən ölümlə təhdid edildiyini bildirib: “2 ildir ki, ayrı yaşayırıq. Bu il yanvarın 29-da rəsmən boşanmışıq. Amma keçmiş həyat yoldaşım məni ölümlə hədələyir. Mənə boşandıqdan sonra dəfələrlə təklif edib ki, onunla həftədə bir dəfə görüşüm. Mən bu təklifi qəbul etmədiyimə görə indi də ölümlə hədələyir”.
20 yaşlı böyük oğlunu sentyabr ayında avtomobil qəzasında itirən ana 17 və 12 yaşlı 2 övladı ilə sığınacağa müraciət edib: “Dəfələrlə Sabunçu qəsəbəsində 12-ci polis bölməsinə müraciət etmişəm. Ancaq hansısa səbəbdən heç bir tədbir görülməyib. Məcbur qalıb DİN-ə, Baş Prokurorluğa, Ailə, Qadın və Uşaq Problemləri Komitəsinə müraciət etmişəm”.
Qeyd edək ki, “Təmiz dünya” İctimai Birliyi məsələ ilə bağlı əlaqədar qurumlara müraciət hazırlayır.
Elnarə
İnterpress.az