“Azərpoçt”da seyf oğurlayanlar həbs edildibackend

“Azərpoçt”da seyf oğurlayanlar həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata görə, Zaqatala RPŞ-nin əməliyyat-axtarış qrupunun keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-dan 17-ə keçən gecə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-nin Zaqatala rayon filialının Muxax kənd şöbəsinin inzibati binasının pəncərəsinin dəmir barmaqlıqlarını çıxararaq seyf oğurlayan şəxslərin həmin kəndin sakinləri olması müəyyən olunub.

Keçirilmiş tədbir nəticəsində 1993-cü il təvəllüdlü Fərqan Əsgər oğlu Əliyev, 1992-ci il təvəllüdlü Elnur İlham oğlu Rəcəbov, 1993-cü il təvəllüdlü Samir Fəxrəddin oğlu Əhmədov və 1990-cı il təvəllüdlü Ramin Mahmud oğlu Həsənov tutularaq istintaqa təhvil ediliblər. Həmin şəxslərin oğurladıqları seyf onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı Zaqatala RPŞ-də CM-nin 177.2.1 və 177.2.3 maddələri ilə cinayət işi başlayıb, araşdırma aparılır.

İnterpress.az