Dəm qazından daha bir nəfər zəhərləndibackend

Dəm qazından daha bir nəfər zəhərləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasından verilən məlumata görə şəhər sakini, 1991-ci il təvəllüdlü Vüsalə Ramazanova ağır dərəcədə dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Dərhal tibbi yardım göstərilsə də vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib. Araşdırma zamanı məlum olub ki, V. Ramazanova yaşadığı evin vanna otağında çimərkən dəm qazından zəhərlənib.