İnterpress.az xəbər verir ki, Senatdakı 42 deputatdan 41-i təklifin lehinə, 1-i isə əleyhinə səs verib. Müraciətdə deyilir ki, təklif ümümxalq dəstəyini qazanıb və Qazaxıstan ictimaiyyətindən müsbət reaksiya alıb: “Növbədənkənar prezident seçkilərinin keçirilməsi sülhün möhkəmlənməsi, birlik və bərabərliyin təmin edilməsinə xidmət edəcək”.
Qeyd edək ki, fevralın 14-də Xalq Assambleyasının sədr müavini Anatoliy Başmakov növbədən prezident seçkilərinin keçiilməsini təklif edib. O, bu təklifini 2016-cı ildə prezident seçkiləri ilə yanaşı parlament seçkilərinin də keçiriləcəyi ilə əsaslandırıb: “Gələn il ekspertlər ümümdünya iqtisadi böhranının pik nöqtəyə çatacağını deyirlər. Ölkə rəhbərliyinin də diqqətini bu böhranın aradan qaldırılmasına yönəltməklə gərginliyi azaltmaq lazımdır”.
Xatırdadaq ki, Qazaxıstanın hazırki prezidenti Nursulatan Nazarbayev 1989-cu ildən bəri ölkəni idarə edir. O, 2011-ci ildə keçirilən sonuncu seçkidə seçicilərin 95% -nin səsini qazanıb.
Qazaxıstanda prezidentliyə namizədlər üçün yaş və neçə dönəm seçilmək kimi məhdudiyyətlər yoxdur.
İnterpress.az