İnterpress.az xəbər verir ki, təşkilatın planı İtaliya mətbuatında yer alıb.
Mətbuatın yazdığına görə, Liviyada hücuma məruz qalan İŞİD Ağdənizi xaos dənizinə çevirmək və Avropaya 500 min qaçqın göndərmək niyyətindədir. Göndəriləcək qaçqınlar arasında İŞİD döyüşçüləri də olacaq.
Xatırladaq ki, İtaliyada ötən həftədən bəri Avropaya sığınmaq istəyən 4 minə yaxın qaçqın saxlanılıb. Bununla yanaşı Şimali Afrikada 700 min qaçqın Avropaya getmək üçün gözləyir.
İnterpress.az