Bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatında qeyd edilir.
Fövqəladə Hallar Nazirliyi bildirib ki, ümumi sahəsi 500 kv.m olan ikimərtəbəli binanın (hər mərtəbəsi 250 kv.m olan) 1-ci mərtəbəsində dəmir qapı düzəltmə sexinin arakəsmə divarı 8 kv.m və tavanı 4 kv.m sahədə yanıb, yüksək temperaturdan pilləkən qəfəsinin lambirdən ibarət tavanı 12 kv.m sahədə deformasiyaya uğrayıb. Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 12:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İnterpress.az