Donetsk vilayəti Azərbaycanlılar Konqresinin sədr müavini Şahin Bəylərovun APA-ya verdiyi məlumata görə, ötən ay Krasnoarmeysk və Karlovka şəhərlərində ona məxsus kafe və restoranlar partladılıb.
Bir neçə gün sonra isə iş adamı itkin düşüb və indiyədək ondan xəbər yoxdur.
Məmmədəli Qocayev Ukrayna vətəndaşıdır.
Şahin Bəylərovun sözlərinə görə, əslən Salyan rayonundan olan, 70 yaşlı Məmmədəli Qaçayev 40 ildən çoxdur ki, Ukraynada yaşayır və ölkənin ilk müstəqillik illərində vilayət sovetinin deputatı olub.
İnterpress.az