İnterpress.az xəbər verir ki, araşdırmaların nəticələri Makqilla Universitetinin saytına yerləşdirilib.
Alimlər müəyyən ediblər ki, adsız və işarə barmaqları eyni boyda olan kişilər digərlərinə nisbətən qalmaqala 33% daha az meyllidilər. Eyni zamanda onlar qadınlarla daha yaxşı ünsiyyətdə olurlar.
Bunun üçün alimlər adsız barmağın işarə barmaqla fərqini araşdırıblar. Barmaqların eyni böyüklükdə olan kişilər öz həmcinslərindən daha çox qadınlarla xoş ünsiyyət qura bilirlər.
Və əksinə, fərq artıqca kişilərdə qalmaqala meyl artır. Bu hər iki cinsə qarşı münasibətdə özünü göstərir.
Tədqiqatçılar qeyd edirlər ki, barmaqları eyni ölçüdə olan kişilərin daha çox uşağı olur və onlar daha az aqressivdirlər. Bundan başqa barmaqların ölçüsü kişilərdə testosteron hormonunun ölçüsünü də müəyyən etməyə imkan verir. Barmaqlarının ölçüsündə fərq az olan kişilərdə bu hormon daha çox olur.
İnterpress.az