Həcc ziyarətinə sənəd qəbulu təxirə salınıbbackend

Həcc ziyarətinə sənəd qəbulu təxirə salınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sənəd qəbulu fevralın 20-dən start verilməsi planlaşdırılsa da, müvafiq hazırlığın başa çatmaması üzündən təxirə düşüb.

Bunun səbəbləri arasında daha çox ziyarətin təşkili ilə bağlı qiymətlərin hələ müəyyənləşdirilməməsidir. Bildirilib ki, builki qiymətlərin əvvəlki illərə nisbətən baha olacağı gözlənilir.

Qeyd edək ki, bu il də zəvvarlar ziyarətə yalnız təyyarə ilə gedəcəklər. Suriyada baş verən hadisələrlə əlaqədar avtobuslarla səfər nəzərdə tutulmur. Sənəd qəbulu yalnız QMİ tərəfindən aparılır.

İnterpress.az