İnterpress.az xəbər verir ki, bunu “Levada-mərkəz”in sorğusu üzə çıxarıb.
Sorğunun nəticəsinə görə, rusiyalıların 54%-i nigaha qədər cinsi əlaqəni qəbul edir. Sevgisiz sekslə məşğul olmağa hazırların sayı 33% -dir.
Kişilər xəyanətə daha rahat baxırlar. Kişilərin 34%-i sevgilinin olmasına xoş baxır. Qadınların ancaq 16%-i ərlərinə xəyanət etməyə hazırdır.
Lakin rusiyalıların əksəriyyəti ənənəvi ailə münasibətlərini dəstəkləyirlər. 33%-i üçün nigaha qədər seks yolverilməzdir. 49% isə sevgisiz seksə mənfi münasibət bəsləyir.
Kişilərlə qadınlar demək olar eyni şəkildə ideal sevgilinin cəlbedici xüsusiyyətlərini açıqlayıblar. Kişilər üçün ideal sevgilinin ilk növbədə seks bacarıqları önəmlidir – 66%. İkinci yerdə 61%-lə xarici görkəm gəlir. Ağıl isə 19%-lə axırıncı yerdədir.
Qadınlar da əks cinsdə seks bacarıqları və xarici görünüşü önəmli sayırlar – ikisi də 56%.
İnterpress.az