Məhkumun son arzusu zəngin hamburqer menyusu olub. İnterpress.az xəbər verir ki,
46 yaşlı Reni Qissendaner fevralın 25-də, yəni edamdan əvvəl həbsxana rəhbərliyinə son istək kimi uzun bir yemək siyahısı verib.
Menyuda iki böyük pendirli hamburqer və kartof qızartması, salat, pop-korn, qarğıdalı, pomidor, kök, qızardılmış soğan, yumurta, süd, limonat və vanilli dondurma var.
Qadın 1997-ci ildə ərini öldürməkdə ittiham olunur.
İnterpress.az