Rusiya ildə 180 milyard dollar itirəcəkbackend

Rusiya ildə 180 milyard dollar itirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Rusiya büdcəsi neftin qiymətinin 100 dollardan 50 dollara düşməsi nəticəsində ildə 180 milyard dollar itirəcək. Bu barədə Maliyyə Nazirliyinin departament sədri Maksim Oreşkin məlumat verib.

Təkcə vergilərdən gələn pul 2,1 trilyon rubl (34 milyard dollar) və ya 14% aşağı düşüb.

Fevralın əvvəlində nazirliyin vergilər, gömrük, tarif siyasəti departamentinin rəhbəri İlya Trunin yazdığı məqalədə bildirmişdi ki, neftin qiyməti 40 dollara düşərsə Rusiya büdcəsi 3,1 trilyon rubl (46 milyard dollar) itirəcək.

İqtisadi İnkişaf Nazirliyi 2014-cü il dekabrın 2-də Rusiyanın sosial iqtisadi inkişaf proqnozuna korrektələr edərək neftin qiymətini 50 dollardan hesablayıb.

Nazirliyin məlumatına görə, rusiyalıların real gəliri 9% aşağı düşəcək.

İnterpress.az